Şamaxıda avtomobillər toqquşub

Şamaxıda beş nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, rayonun Çarhan kəndində “Renault” və “VAZ-2107” markalı avtomobillər toqquşub.
Qəza nəticəsində “Renault”un sürücüsü, 42 yaşlı Samir Bağırov, “VAZ-2107”nin sürücüsü Babalar Nəbiyev, eləcə də sərnişinlər; 31 yaşlı Sarvan Həmidov, 66 yaşlı Aydın İsrafilov və 41 yaşlı Elvin Nəbiyev xəsarət alıblar.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Qəza ilə bağlı araşdırma aparılır.
"Cebheinfo.az"