Vindzor qəsrinə icazəsiz daxil olan şəxs saxlanıldı

Britaniya polisi kral III Çarlzın Vindzor qəsrinin ərazisinə qanunsuz daxil olmaqda şübhəli bilinən 30 yaşlı kişini saxlayıb.
Bu haqda “The Times” məlumat yayıb.
Məlumata görə, həmin şəxs mühafizə olunan əraziyə qanunsuz daxil olmaqda və narkotik maddə saxlamaqda şübhəli bilinərək saxlanılıb.
Qeyri-rəsmi məlumatlara görə, o, narkotikin təsiri altında olarkən hasara dırmaşaraq Vindzor qəsri ərazisinə daxil olub.
Bazar günü baş verən hadisə zamanı Britaniya kral ailəsinin üzvlərinin qalada olub-olmadığı məlum deyil.
"Cebheinfo.az"