“İnter” İnzaginin gedişini açıqladı

“İnter” baş məşqçisi Simone İnzaqe ilə yolları ayırdığını rəsmən açıqlayıb.
“Qafqazinfo” klubun saytına istinadən xəbər verir ki, italiyalı mütəxəssislə müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib.
Onun Səudiyyə Ərəbistanının “Əl Hilal" klubuna keçəcəyi gözlənilir.
Qeyd edək ki, Simone İnzaqi 2021-ci ilin yayından “İnter"in baş məşqçisi idi. O, Milan təmsilçisində 1 dəfə A seriyasnın, 2 dəfə İtaliya kubokunun, 3 dəfə isə İtaliya Superkubokunun qalibi olub. Həmçinin İnzaqi komanda ilə iki dəfə Çempionlar Liqasının finalına çıxıb.
"Cebheinfo.az"