Latviyada 2050-ci ilə qədər enerji istehlakı strategiyası təsdiqlənib

Latviyada 2050-ci ilə qədər enerji istehlakı strategiyası təsdiqlənib

Latviya hökuməti ölkənin 2050-ci ilə qədər enerji strategiyasını təsdiqləyib və bu strategiyaya hər beş ildən bir yenidən baxılması planlaşdırılır.

Bu barədə “Dienas Bizness” portalı LETA agentliyinə istinadən məlumat yayıb.

Strategiya 2050-ci ilə qədər Latviyanın hər il 25 TV/saat (teravat-saat) elektrik enerjisi istehsal edəcəyini və 19 TV/saat istehlak edəcəyini nəzərdə tutur. Müqayisə üçün bildirək ki, 2024-cü ildə ölkədə 6,6 TVt/saat elektrik enerjisi istehsal edilib və 7,2 TVt/saat elektrik enerjisi istehlak edilib. Beləliklə, enerji istehsalının 3,8 dəfə, istehlakın isə 2,6 dəfə artması proqnozlaşdırılır.

2050-ci ildə bərpa olunan enerji mənbələrinin gücünün 7,5 QVt, o cümlədən külək elektrik stansiyalarının 5,5 QVt və günəş elektrik stansiyalarının 2 QVt olacağı gözlənilir.

2050-ci ilə qədər proqnozlaşdırılan investisiyalar (özəl və dövlət) 34,4 milyard avro həcmində qiymətləndirilir. Nəzərdə tutulan bütün investisiyaların 34 %-i nəqliyyatda “yaşıl” texnologiyaların tətbiqinə, 29 %-i yeni istehsal güclərinə, 22 %-i enerji səmərəliliyi tədbirlərinə yönəldiləcək.

Enerji sektorunun vəzifələrinə aşağıdakılar daxil edilib: elektrik enerjisinin qiymətinin təxminən üçdə bir həcmdə endirilməsi, idxal olunan enerji resurslarının payının iki dəfə azaldılması və istehlak və istehsalın sabit balansının təmin edilməsi.

Strategiya İqlim və Energetika Nazirliyi tərəfindən hazırlanıb və elə bu qurum strategiyanın məqsədlərinə nail olunmasına nəzarət edəcək.

"Cebheinfo.az"