DİN-dən Yasamalda uşaq oğurluğu ilə bağlı iddialara cavab

DİN-dən Yasamalda uşaq oğurluğu ilə bağlı iddialara cavab

Sosial şəbəkədə Yasamal rayonu ərazisində uşaq meydançasından uşaq oğurlamağa cəhd edilməsi ilə bağlı iddialar yayılıb.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumatda bildirilib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir.

"Sosial şəbəkədə Yasamal rayonu ərazisində yerləşən uşaq meydançalarının birindən uşaq oğurlanması ilə bağlı yayılan iddia əsassızdır. Polis əməkdaşları tərəfindən iddialar araşdırılıb, qeyd olunan ünvan üzrə bu halın baş verməsi təsdiqini tapmayıb", ‒ məlumatda qeyd edilib.

Ətraflı videomaterialda:

"Cebheinfo.az"