Naxçıvanın voleybol komandası ölkə çempionu oldu

Naxçıvanın voleybol komandası ölkə çempionu oldu

On altı yaşadək qız voleybolçuların Azərbaycan çempionatının qalibi Naxçıvanın “Möminə Xatun” komandası olub.

"Cebheinfo.az" xəbər verir ki, finalda “Azerrail” komandası ilə qarşılaşan Naxçıvan təmsilçisi gərgin keçən oyunda əzmkar qələbə qazanıb.

Birinci seti qalib başa vuran komanda hesabda 2:1 geriyə düşdüyü oyunu tay-brekdə çevirərək 3-2 qalib gəlib və ilk dəfə Naxçıvan komandası ölkə çempionu olub.

"Cebheinfo.az"