Almaniyanın Kansleri ABŞ-a səfər edib

Almaniyanın Kansleri ABŞ-a səfər edib

Almaniyanın Kansleri Fridrix Merts ABŞ-a səfər edib.

AZƏRTAC xəbər verir ki, Kansler vəzifəsində ABŞ-a ilk səfəri çərçivəsində F.Merts iyunun 5-də Ağ Evdə Birləşmiş Ştatların Prezidenti Donald Tramp ilə görüşəcək. Sonra birgə nahar və mətbuat nümayəndələri üçün brifinq nəzərdə tutulub.

Görüşdə iki ölkə arasındakı münasibətlər, NATO və Avropanın təhlükəsizliyi, Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki vəziyyət və gömrük tarifləri kimi beynəlxalq məsələlər müzakirə ediləcək.

"Cebheinfo.az"