Dubay Rusiyaya uçuşları dayandıra bilər

Dubayda yerləşən "Emirates" aviaşirkətinin rəhbəri Tim Klark "Bloomberg" Televiziyasına bildirib ki, Ukraynanın Rusiyanın dərinliklərində pilotsuz təyyarə hücumlarına görə Rusiyaya uçuş cədvəlini yenidən nəzərdən keçirə bilər.
"Cebheinfo.az" xəbər verir ki, Klark son hadisələri "əvvəlkindən daha çox narahatlıq doğuran" olaraq xarakterizə edib: "Vəziyyət bir az daha gərginləşərsə, bütün bu məsələləri nəzərdən keçirəcəyik".
"Emirates"in hazırda uçuşları azaltmaq planının olmadığını, lakin vəziyyəti yaxından izlədiyini vurğulayan Klark fövqəladə vəziyyət planlarının hazır olduğunu söyləyib.
O, təyyarələrin lazım gəldikdə Rusiya hava məkanını tərk edə biləcək qədər yanacaqla təchiz olunduğunu deyib.
Məlumdur ki, Ukrayna mayın sonundan etibarən Rusiya regionlarına pilotsuz təyyarələrlə hücumlarının əhatə dairəsini genişləndirir.
İyunun əvvəlində İrkutsk və Amur kimi köklü bölgələrdəki hərbi hava bazaları hədəfə alınıb və Moskva da pilotsuz təyyarələrin intensiv hücumlarına məruz qalıb.
Bu hücumlara görə mayın sonunda paytaxt hava limanları onlarla dəfə fəaliyyətini dayandırmalı olub.
Nigar Hacılı
"Cebheinfo.az"