Bu kreditlər silinir?

Bu gün ölkədə əhalinin bir çoxunun banklara, bank olmayan kredit təşkilatlarına borcu var.
Vətəndaşları isə hər zaman kreditlə bağlı müxtəlif suallar düşündürür. Onları narahat edən məqamlardan biri də hansı hallarda kredit borcunun silinməsidir.
Ən çox rast gəlinən suallardan biri də odur ki, əgər kredit götürən şəxs vəfat edibsə, onun kredit borcunu kim ödəyəcək?
“Cebheinfo.az” xəbər verir ki, məsələ ilə bağı hüquqşünas Əlisuvar Rüstəmov danışıb.
O bildirib ki, əgər kredit sığortalanıbsa, borc sığorta müqaviləsinə uyğun olaraq şirkəti tərəfindən ödənilir:
“Əgər sığortalanmayıbsa və ölən şəxsin əmlakı olarsa, borc mülki məcəlləyə uyğun olaraq onun əmlakı hesabına ödənilir. Bu əmlak vərəsələrə keçdikdə Mülki Məcəllənin 1306-cı maddəsinə əsasən, vərəsələr qəbul etdikləri miras əmlaklarındakı paylarını mütənasib surətdə həmin borcu birgə borc kimi tam ödəməlidirlər”.
Nigar Abdullayeva
“Cebheinfo.az”