Tramp yenə tarifləri qaldırır

Tramp yenə tarifləri qaldırır

ABŞ Prezidenti Donald Tramp polad və alüminium idxalına tətbiq edilən 25 faizlik gömrük rüsumunun 50 faizə qədər artırılması haqqında fərman imzalayıb.

"Cebheinfo.az" xəbər verir ki, fərmanda ABŞ-nin polad və alüminium idxalının ölkənin milli təhlükəsizliyini təhdid edəcək miqdarda və şəraitdə olduğu bildirilir.

Polad və alüminiuma 25 faiz rüsum tətbiq edildiyini xatırladan fərmanda bu nisbətin müəyyən irəliləyişlər gətirməsinə baxmayaraq, sektorun istehsal gücünün davamlı səviyyədə istifadəsini təmin etmədiyi vurğulanıb.

Fərmanda bu səbəbdən polad və alüminium məmulatları və törəmələri üçün gömrük rüsumunun 25 faizdən 50 faizə qaldırıldığı və tariflərin iyunun 4-də yerli vaxtla saat 00.01-dən qüvvəyə minəcəyi bildirilib.

Fərmanda İngiltərə ilə keçən ay imzalanan ticarət müqaviləsi çərçivəsində bu ölkəyə güzəşt edildiyi və polad və alüminiuma tətbiq edilən gömrük rüsumlarının 25% olaraq qalacağı və bu vəziyyətə iyulun 9-dan sonra yenidən baxılacağı bildirilib.

Nigar Hacılı

"Cebheinfo.az"