"Makron"u niyə oğurlayıb Rusiya səfirliyinin önünə atdılar?

“Greenpeace” ətraf mühit təşkilatının fəalları Fransanın paytaxtı Parisdəki Qrevin muzeyindən Prezident Emmanuel Makronun mum heykəlini oğurlamışdılar.
"Cebheinfo.az" xəbər verir ki, fəallar oğurladıqları 40 min avroluq heykəli Rusiya səfirliyi qarşısında Ukrayna tərəfdarı olan nümayişə aparıblar.
“Greenpeace”-in Fransa direktoru Jean Francois Julliard heykəli oğurlamaqda məqsədin Makronun Ukrayna və Rusiya ilə bağlı “ikili oyunu” adlandırdıqlarına diqqət çəkmək olduğunu bildirib.
Julliard bildirib ki, Fransa Prezidenti Makron Avropa liderləri arasında Rusiya ilə “ticarət razılaşmalarını dayandıran” ilk şəxs olmalıdır.
Nigar Hacılı
"Cebheinfo.az"