Yeni yol xəritəsi hazırlayacaq

Azərbaycan Qvineya-Bisau Respublikası ilə energetika sahəsində yol xəritəsi hazırlayacaq.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında yazıb.
Nazir bildirib ki, Qvineya-Bisau Respublikasının ətraf mühit, biomüxtəliflik və iqlim fəaliyyəti naziri Viriato Luis Soares Kassama ilə görüşüb.
Görüşdə neft-qaz, elektrik enerjisi və enerji tənzimlənməsi sahələrində Azərbaycanın zəngin təcrübəsinin bölüşdürülməsi, eləcə də kadr potensialının inkişaf etdirilməsi üzrə əməkdaşlıq imkanları müzakirə edilib.
Bu çərçivədə ekspertlər arasında görüşlərin təşkili və seminarların keçirilməsi barədə razılıq əldə edilib.
"Cebheinfo.az"