Avropa qorxuya düşüb

Avropa İttifaqının yüksək vəzifəli rəsmiləri qorxurlar ki, ən pis ssenaridə ABŞ Ukraynaya dəstəyi, o cümlədən kəşfiyyat məlumatlarını paylaşmağı tamamilə dayandıra bilər.
Bundan başqa, Avropa ölkələrinə Amerika silahlarının Kiyevə ötürülməsi qadağan edilə bilər.
“Cebheinfo” xəbər verir ki, bu barədə “Financial Times” (FT) məlumat yayıb.
Aİ hazırda ABŞ ilə eyni anda üç mühüm məsələ - ticarət mübahisəsi, NATO-da hərbi xərclər və Ukrayna böhranı üzrə danışıqlar aparmalıdır. Aİ qorxur ki, ABŞ Brüsseli bu məsələlərdən birində güzəştə getməyə məcbur edə, digərində güzəştə getsin.
Aİ-nin yüksək səviyyəli rəsmiləri bu mövzuların hər biri üzrə danışıqların ən pis nəticəsinin nə ola biləcəyini müzakirə ediblər:
“Beləliklə, onlar qorxurlar ki, Vaşinqton Kiyevə dəstəyi tamamilə dayandıra, kəşfiyyat məlumatlarını paylaşmağı dayandıra və Avropa ölkələrinə ABŞ-dən aldığı silahların Ukraynaya ötürülməsinə qadağa qoya bilər”.
Avropada belə hesab edirlər ki, ticarət danışıqları iqtisadi artım üçün ağrılı nəticələrlə “ticarət müharibəsi”nə gətirib çıxara, NATO-da yükün bölüşdürülməsi ilə bağlı fikir ayrılıqları isə ABŞ qoşunlarının və silahlarının Avropadan sürətlə çıxarılmasına səbəb ola bilər. “Ticarət, müdafiə və Ukrayna məsələlərində Avropa İttifaqı pis və çox pis nəticə arasında seçim edə bilər”, - deyə adı açıqlanmayan AB rəsmisi qəzetə bildirib.
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə keçmiş ali nümayəndəsi Josep Borrell vəziyyətin mürəkkəbliyini etiraf edir:
"Bütün bu böhranlar, hər şey [baş verən] eyni zamanda - mükəmməl bir fırtınadır. ABŞ prezidenti Donald Tramp bizə təzyiq göstərməyə cəhd edə və bizi hər üç məsələdə (Ukrayna, ticarət və NATO) küncə sıxışdıra bilər.
“Məsələn, o, bizə deyə bilər ki, əgər mənə yaxşı ticarət razılaşması təklif etməsəniz, o zaman Ukraynada sizi dəstəkləməyəcəyik, biz sizin NATO-da hərbi xərclərinizi yeni [artırmaq tələbləri] əlavə edəcəyik”, - Borrell “Financial Times”-a bildirib.
Xəzər
“Cebheinfo.az”