QMİ sədri Qurban bayramı namazının vaxtını açıqlayıb

QMİ sədri Qurban bayramı namazının vaxtını açıqlayıb

Builki bayram AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən Qazılar Şurasının fətvasında qeyd olunduğu kimi, hicri-qəməri təqvimlə zilhiccə ayının 10-na, miladi tarixlə 6 iyun tarixinə təsadüf edir.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə QMİ sədri şeyxülislam Allahşükür Paşazadə bayram təbrikində bildirib.

Onun sözlərinə görə, şəri hökmlərə əsasən, 3 gün ərzində icra oluna bilən Qurban kəsimi həcc ziyarəti zamanı mütləq vacib əməldir, həcc xaricində olan müsəlmanların qurban kəsib ehtiyacı olanlara paylamaq niyyəti isə müstəhəb və savabdır.

Allahşükür Paşazadə qeyd edib ki, Qurban bayramı namazları ölkəmizin bütün mərkəzi məscidlərində qeyd ediləcək, o cümlədən Bakının Əjdərbəy məscidində bayram namazı saat 08.00-də, Təzəpir məscidində 09.00-da qılınacaq.

"Cebheinfo.az"