Braziliya Prezidenti Ukraynadakı münaqişədən DANIŞDI

Braziliya Prezidenti Ukraynadakı münaqişədən DANIŞDI

Braziliya Prezidenti Lula da Silva ABŞ-nin keçmiş prezidenti Co Baydenin “Rusiyanı məhv etməyin” lazım olduğunu düşündüyünü deyib.

"Cebheinfo.az" xəbər verir ki, Fransanın “Monde” qəzetinə müsahibə verən Braziliya lideri vurğulayıb ki, Qərb Ukraynadakı münaqişəyə görə “qismən məsuliyyət daşıyır”.

"Bu mövzuda uzun-uzadı danışdığım Bayden Rusiyanın məhv edilməli olduğunu düşündü. Digər tərəfdən Avropa Vaşinqtonun tərəfini tutdu və indi yenidən silahlanmaya milyardlar xərcləyir" deyən Lula da Silva, Ukraynadakı münaqişə ilə bağlı dəqiq hansı dövrü nəzərdə tutduğunu dəqiqləşdirmədi.

Braziliya lideri həmçinin Rusiya və Ukrayna arasında danışıqları dəstəkləməyə hazır olduğunu bir daha bəyan edib.

Nigar Hacılı 
"Cebheinfo.az"