Almaniya Portuqaliyaya qarşı

Almaniya Portuqaliyaya qarşı

Bu gün UEFA Millətlər Liqasında yarımfinal mərhələsinə start veriləcək.

"Cebheinfo.az" xəbər verir ki, Almaniyada təşkil olunan raundun ilk oyun günündə bir qarşılaşma baş tutacaq. Meydan sahibləri Portuqaliya ilə üz-üzə gələcək.

Görüş Münhendəki “Allianz Arena”da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, digər yarımfinal matçı sabah İspaniya və Fransa komandaları arasında baş tutacaq. Bu görüş “Ştutqart Arena”da keçiriləcək.

"Cebheinfo.az"