Küncə sıxışdırılan Xameneyi: İran urandan məhrum edilir?

Küncə sıxışdırılan Xameneyi: İran urandan məhrum edilir?

“Uranın zənginləşdirilməsindən imtina İranın nüvə sənayesini yararsız edəcək və İslam Respublikasını digər ölkələrdən asılı vəziyyətə salacaq”. 

“Cebheinfo.az”-ın məlumatına görə, İranın ali lideri Ayətullah Seyid Əli Xameneyi belə deyib.

“Uran zənginləşdirmə qabiliyyəti olmadan nüvə sənayesi faydasızdır. Çünki belə olan halda biz atom elektrik stansiyalarının tikintisi üçün əlimizi uzadıb dayanmalı olacağıq.

Bu, neftin olması, lakin onu öz ərazində emal edə bilməməklə müqayisə oluna bilər. Neftin var, amma benzini başqalarından almalısan”, - deyə dövlət başçısı bildirib.

Müşfiq Abdulla 
“Cebheinfo.az”