Almaniyadan azərbaycanlıların geri qaytarılması ilə bağlı FLAŞ QƏRAR

Almaniyadan azərbaycanlıların geri qaytarılması ilə bağlı FLAŞ QƏRAR

Almaniyanın Berlin İnzibati Məhkəməsi sığınacaq axtaran şəxslərin ölkə sərhədində geri göndərilməsinin qeyri-qanuni olduğuna qərar verib.

"Cebheinfo.az" xəbər verir ki, qərar federal hökumətin sığınacaq axtaranları sərhəddən geri qaytarmaq siyasətini birbaşa etibarsız edir.

Məhkəmə 2 iyun 2025-ci il bazar ertəsi verdiyi qərarda "Almaniya ərazisində sərhəd nəzarəti zamanı sığınacaq üçün müraciət edən şəxslərin geri göndərilə bilməyəcəyini" vurğulayıb.

Qərar Polşa-Almaniya sərhədindəki qatar stansiyasında sərhəd nəzarətində yaxalanan üç somalili qaçqının müraciətindən sonra qəbul edilib. Sığınacaq üçün müraciət etmələrinə baxmayaraq, üç nəfər eyni gündə Polşaya geri göndərilib.

Qərar Almaniyada yeni təyin olunmuş Merz hökumətinin əsas miqrasiya siyasətlərindən birinə birbaşa zərbədir.

Qeyd edək ki, Friedriç Merzin rəhbərlik etdiyi hökumət sığınacaq üçün müraciət etsələr belə, sərhəddə natamam sənədləri olan miqrantların geri qaytarılmasını ehtiva edən yeni bir siyasət həyata keçirir.

Bu sərt mövqe 2025-ci ilin fevralında keçiriləcək ümumi seçkilər ərəfəsində Merzin daxili təhlükəsizlik yönümlü kampaniya strategiyasının əsas elementi olub.

Almaniya İmmiqrasiya və Qaçqınlar Agentliyindən (BAMF) mayın 10-da "Rûdaw"-a bildirilib ki, Almaniyada qalmaq hüququndan məhrum edilənlər məcburi şəkildə mənşə ölkələrinə və ya vətəndaşlıqlarına qaytarılacaqlar. Məlumat üçün bildirək ki, azərbaycanıların da qaçqın kimi ən çox getdikləri ölkələr sırasında Almaniya  ilk yerlərdədir. 

Nigar Hacılı 
"Cebheinfo.az"