Təhsil İnstitutundan etirazçı valideynlərə CAVAB

Təhsil İnstitutundan etirazçı valideynlərə CAVAB

2025-2026-cı tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən şagird qəbulu mərkəzləşdirilmiş imtahanla həyata keçirilən bir sıra lisey və gimnaziyalara qəbul prosesinə start verilir. 

Təhsil İnstitutu lisey və gimnaziyanın ancaq 7-ci sinfinə şagird qəbulu elan edib. Bu da övladları 4 və 5-ci sinifdə oxuyan valideynlər arasında ciddi narazılıq yaradıb. Bu məqsədlə bir qrup valideyn bu gün Elm və Təhsil Nazirliyinin qarşısında toplaşaraq öz etirazını bildirib. 

Valideynlər 1 il ərzində övladlarının ciddi şəkildə 5 və 6-cı siniflərə mərkəzləşmiş qaydada qəbul imtahanına hazırlaşdığını, bunun üçün böyük məbləğdə vəsait sərf etdiklərini, hər ay 12-15 manat müqabilində sınaq imtahanları keçirildiyini bildiriblər. Valideynlər qərarın daha əvvəldən elan olunmadığını əsas gətirərək bu tədris ilinə şamil olunmamasını tələb edirlər. Məsələ ilə bağlı Təhsil İnstitutundan “Cebheinfo.az”-a bildirilib ki, sözügedən mövzu qurumun diqqətindədir: 

“Müzakirərlər aparılır. Yaxın zamanda ictimaiyyətə əlavə məlumat veriləcək”.
 
Nigar Abdullayeva 
“Cebheinfo.az”