Rafael Ağayev Azərbaycan millisinin məşqini izləyib - FOTOLAR

Rafael Ağayev Azərbaycan millisinin məşqini izləyib - FOTOLAR

Dünya şöhrətli karateçi Rafael Ağayev qadınlardan ibarət Azərbaycan millisinin məşqini izləyib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Milli üzvləri ilə söhbət edən idmançı UEFA Millətlər Liqasının qrup mərhələsində Litva ilə keçiriləcək matçda onlara uğurlar arzulayıb. O, azarkeşləri oyuna gəlməklə millini dəstəkləməyə dəvət edib.

Qeyd edək ki, Azərbaycan – Litva görüşü mayın 30-da Bayıl stadionunda, saat 18:00-da keçiriləcək.

"Cebheinfo.az"