“Barselona” Yamalla müqavilə müddətini uzatdı

“Barselona” futbolçusu Lamin Yamalla müqavilə müddətini uzadıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
17 yaşlı vingerlə yeni sözləşmə 2031-ci ilin iyun ayına qədərdir.
Qeyd edək ki, Lamin Yamal bu mövsüm “Barselona”nın heyətində 55 oyuna çıxaraq 18 qol vurub və 25 qolun ötürməsini edib. Onun əvvəlki müqaviləsi 2026-cı ilin yayına qədər idi.
"Cebheinfo.az"