“Reuters”: Putin sülh istəyir, amma...

“Reuters”: Putin sülh istəyir, amma...

Dünyaca məşhur "Reuters" agentliyinin Kremlə yaxın mənbələrə istinadən verdiyi xəbərə görə, Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə sülh masasına oturmağa hazır olduğunu, lakin bunun “nəyin bahasına olursa olsun” edilməyəcəyini bildirib.

"Cebheinfo.az" xəbər verir ki, məlumatda Putinin böyük Qərb dövlətlərindən yazılı öhdəliklər tələb etdiyi vurğulanır.

Bu öhdəliklərə NATO-nu şərqə doğru genişləndirməmək, Ukrayna, Gürcüstan, Moldova və digər keçmiş sovet respublikalarını alyansdan rəsmən çıxarmaq daxildir.

Agentliyin üç fərqli rus mənbəsinə əsaslanaraq verdiyi məlumata görə, Moskvanın digər əsas şərtləri belədir:

Ukraynanın neytral statusu:

Kiyev administrasiyasının NATO-ya üzvlükdən qəti şəkildə imtina etməsi və 1990-cı il Dövlət Suverenliyi Bəyannaməsinə uyğun olaraq blokdan kənar siyasət yürütməsi.Sanksiyaların ləğvi: Qərbin Rusiyaya qarşı tətbiq etdiyi bəzi iqtisadi sanksiyaların yumşaldılması.Dondurulmuş aktivlər məsələsi: Ukrayna böhranının başlanğıcından Qərbdə bloklanan Rusiya vəsaitlərinin sərbəst buraxılması.

Rusdilli əhalinin qorunması: Ukraynada rus azlığının hüquqlarının qorunması. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirilən beynəlxalq təhlükəsizlik toplantısında Ukraynanın “bitərəf, bloklara qoşulmamış və nüvə silahı olmayan” statusunun Rusiya üçün əvəzedilməz şərt olduğunu təkrarlayıb.

Lavrov aprel ayında həmçinin Krım, Donetsk, Luqansk, Xerson və Zaporojya vilayətlərinin Rusiya ərazisi kimi tanınmasının həll yolunun bir hissəsi olmalı olduğunu bildirib. 

Nigar Hacılı 
"Cebheinfo.az"