Türkiyəli nazir dünya ölkələrinə çağırış etdi

Türkiyəli nazir dünya ölkələrinə çağırış etdi

Türkiyə beynəlxalq qaydalara əsaslanan ticari münasibətlər sisteminin qurulmasına çağırıb. 

“Cebehinfo.az” “Yeni Şafak”-a istinadən xəbər verir ki, iyunun 5- də Parisdə baş tutan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının nazirlər toplantısında Türkiyənin ticarət naziri Ömər Bolat çıxışı zamanı beynəlxalq ticari münasibətlərdə mühüm dəyişikliklərin həyata keçirilməsinin vacibliyini vurğulayıb. 

Ö.Bolat Ümumdünya Ticarət Təşkilatı tərəfindən koordinasiya olunan beynəlxalq qaydalara əsaslanan çoxtərəfli ticari münasibətlər sisteminin qurulması istiqamətində birgə tədbirlərin görülməsinə çağırıb. 

Finlandiyanın sədrliyi ilə keçirilən iki günlük sammitdə çıxış edən Bolat, ticarətin liberallaşdırılmasının iqtisadi inkişaf və qlobal tərəqqi üçün yeganə açar olduğunu vurğulayıb. 

Son 20 ildə Türkiyənin uğurlu iqtisadi və sənaye inkişafı barədə məlumat verən Ö.Bolat azad ticarəti təşviq edən əməkdaşlığın və təşəbbüslərin qlobal iqtisadiyyat üçün həyati əhəmiyyət kəsb etdiyini bildirib və iqtisadi prokteksionizmə qarşı tədbirlərin görülməsinin zəruriliyini də diqqətə çatdırıb. 

Yunis Abdullayev 
“Cebheinfo.az”