141 Ukrayna dronu vuruldu
Ukrayna Rusiyanın Leninqrad vilayətinə PUA hücumu edib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə vilayət qubernatoru Aleksandr Drozdenko bildirib.
Onun sözlərinə görə, Leninqrad vilayətində hava hücumuna cavab olaraq 141 dron vurulub.
"Döyüş əməliyyatları davam edir. Leninqrad vilayətinin Lujski, Volosovski və Lomonosovski rayonlarında dağıntılar qeydə alınıb", məlumatda deyilir.
"Cebheinfo.az"


