“Roland Qarros”un ilk finalçısı məlum oldu
Almaniyalı tennisçi Aleksandr Zverev mövsümün ikinci böyük dəbilqə turniri olan Fransa Açıq Çempionatının – “Roland Qarros” finalına yüksəlib.
"Cebheinfo.az" xəbər verir ki, idmançı yarımfinal mərhələsində Çexiya təmsilçisi Yakub Menşiklə qarşılaşıb.
3 saat 1 dəqiqə davam edən gərgin görüş dörd setdə – 7:5, 6:2, 3:6, 6:3 hesabı ilə Zverevin qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, təcrübəli tennisçi çempionluq uğrunda həlledici qarşılaşmada İtaliya derbisinin – Matteo Arnaldi və Flavio Kobolli duelinin qalibi ilə üz-üzə gələcək.
"Cebheinfo.az"


