“Rusiya ilə danışıqlara hazırıq”
Almaniya Kansleri Fridrix Merts rəsmi Berlinin Moskva ilə dialoqu bərpa etməyə hazır olduğunu bəyan edib.
Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Almaniyalı siyasətçi danışıqlarda Avropa tərəfinin mütləq iştirak etməli olduğunu vurğulayıb:
“Biz danışıqlara hazırıq və mənim fikrimcə, belə bir danışıqlar formatında avropalıların da masa arxasında əyləşməsi tamamilə təbiidir”.
Bununla belə, Mertsin iddiasına görə, Rusiya tərəfi hələ ki danışıqların bərpası istiqamətində qarşılıqlı siyasi iradə nümayiş etdirmir.
Xatırladaq ki, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Moskvanın Avropa ölkələri ilə dialoqu bərpa etməyə hazır olduğunu bildirmişdi. Rusiya lideri qeyd etmişdi ki, əgər Avropa İttifaqında kimsə bunu məqsədəuyğun hesab edərsə, Rusiya danışıqlardan qaçmayacaq. Lakin Putin xüsusi olaraq vurğulamışdı ki, Avropa adından danışıqlar aparacaq şəxs mütləq etibar edilə bilən biri olmalıdır.
"Cebheinfo.az"


