Bakıda obyektdən 6 ton metal avadanlıq oğurlanıb
Sabunçu rayonu ərazisində yerləşən obyektlərin birindən ümumi dəyəri 8000 manat olan 6 ton metal avadanlıq oğurlanıb.
DİN-in Mətbuat xidmətindən verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluq cinayətinə görə məhkum olunmuş 33 yaşlı T.Əzimov müəyyən edilərək saxlanılıb.
Araşdırmalar zamanı onun işlədiyi obyektdən dəmir avadanlıqları hissə-hissə talayaraq metal qəbulu məntəqələrinə satdığı müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
"Cebheinfo.az"


