Miqrasiya İdarəsinin bu səlahiyyəti ləğv edildi

Miqrasiya İdarəsinin bu səlahiyyəti ləğv edildi

ABŞ-nin Miqrasiya və Gömrük Nəzarəti İdarəsinin (ICE) saxlanılan şəxslərin sərbəst buraxılmasından sonrakı 30 gün ərzində baş verən ölüm hallarını məruzə etmək öhdəliyini ləğv etdiyi, yalnız təcridxanalarda baş verən ölümlərin hesabatının verilməsi təcrübəsinə geri qayıtdığı iddia olunub.

"Cebheinfo.az" xəbər verir ki, "Washington Post" (WP) qəzeti qurum əməkdaşlarına mövzu ilə bağlı göndərilən məlumat məktubunu əldə edib.

Buna əsasən, ICE-ın nəzarətdə saxlanılan şəxslərin azadlığa buraxıldıqdan sonrakı 30 gün ərzində dünyasını dəyişməsi halında bu hadisələr barədə hesabat vermək öhdəliyinə son qoyduğu irəli sürülüb.

Bundan əlavə, ICE-ın yalnız birbaşa saxlama mərkəzlərində baş verən ölüm hallarının hesabatlaşdırılmasını nəzərdə tutan "standart təcrübəni" yenidən qüvvəyə mindirdiyi iddia edilir.

Nigar Hacılı 
"Cebheinfo.az"