Zelenski Putin və Trampa meydan oxudu
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinə açıq məktub yazıb.
“Cebhinfo.az” BBC-yə istinadən xəbər verir ki, Zelenski Putindən hərbi əməliyyatlara son qoymaq üçün şəxsi görüş tələb edib.
Məktub daha sonra Ukrayna Prezidentinin rəsmi saytında dərc olunub. Putin isə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda jurnalistlərlə sıhbətində Kiyevin Sankt-Peterburqa zərbələri və Moskvanın "Oreşnik" raketlərindən istifadəsi barədə danışıb.
Məktubunda Zelenski bildirib:
"Müharibə getdikcə Rusiyaya mənfi təsir göstərir. Ölkə sakinləri bizim dronlarımızı və raketlərimizi, benzin çatışmazlığını, daimi məhdudiyyətləri və planlaşdırılan səfərbərliyi bəyənmirlər”.
Prezident, həmçinin kəşfiyyat məlumatlarına istinadən bildirib ki, may ayında Ukraynada cəbhə xəttində 30.000 rus öldürülüb və ya ağır yaralanıb ki, bu rəqəm bir neçə aydır davam edir:
"Rusiyanın itkilərinin 63%-i ölüb, yalnız 37%-i yaralanıb. 21-ci əsrdə ordular belə bir tarazlığı təmin edə bilmir.Ölənlərin nisbəti gələcəkdə artacaq".
O, Putini neytral ölkədə üzbəüz danışıqlar aparmağa çağırıb, lakin Rusiyanın Moskvada görüşmək təklifini yenidən rədd edib.
"Hər kəs nümayəndələrinizin gülümsəyərək mənim guya Moskvaya gələ biləcəyimi dediyini eşitdi. Lakin 26 ildən sonra Ukrayna liderinin paytaxtınızda işi yoxdur, eynilə Kiyevdəki Rusiya lideri kimi", - deyə Zelenski yazıb.
Məktubda daha sonra deyilir:
"Görürük ki, ABŞ bütün diqqətini İran məsələsinə yönəldir və sadəcə Avropadakı müharibəni həll etmək üçün onların növbəsini gözləmək düzgün deyil. Ukrayna müharibəyə son qoymağı təklif edir".
Zelenski açıq məktubunda Putinlə danışıqlara hazırlıq və onların formatı ilə bağlı bir neçə məqamı da qeyd edib.
Zelenskiyə cavabı isə Putin yox, mətbuat katibi Dmitri Peskov verib. O qeyd edib ki, Zelenskinin məktubu Rusiya Prezidentinin iştirakı ilə keçirilən tədbir zamanı (Söhbət Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumundan gedir-red.) dərc olunduğundan, Putin hələ sənədlə tanış olmayıb:
“Lakin yaxın vaxtlarda, konkret olaraq Özbəkistan prezidentinin işgüzar səfərinin başa çatmasından sonra Putin bu barədə məlumatlandırılacaq. Əgər Zelenski Putinlə görüşmək istəyirsə, bu halda Moskvaya gəlməli olacaq”.
Bu cavab onu göstərir ki, görüş baş tutmayacaq.
Zelenski isə öz məktubu ilə təkcə Putinə yox, həm də vasitəçilik missiyası aparan ABŞ Prezidenti Donald Trampa da meydan oxumuş olub.
Xəzər
“Cebheinfo.az”


