Nəriman Həsənzadənin səhhəti necədir?

Nəriman Həsənzadənin səhhəti necədir?

“Nəriman Həsənzadənin səhhəti hazırda yaxşıdır. Evdə müalicəsini davam etdirir”.

Bunu “Yeni Sabah”a Xalq şairi Nəriman Həsənzadənin köməkçisi Arif Mehmandost deyib.

Onun sözlərinə görə, şair arada yaradıcılıqla da məşğul olur: "Ümumi vəziyyəti yaxşıdır”.

Xalq şairi ötən ilin noyabrında böyrəklərində yaranan problemə görə xəstəxanaya yerləşdirilmişdi. O, ötən ilin dekabr ayında müalicə prosesini tamamlayaraq xəstəxanadan evə buraxılmışdı.  

"Cebheinfo.az"