Hərbidən qayıdıb əvvəlki vəzifəyə təyin oluna biləcəklər

Hərbidən qayıdıb əvvəlki vəzifəyə təyin oluna biləcəklər

Diplomatik xidmətə müddətli həqiqi hərbi və ya alternativ xidmətə çağırılmağa xitam verilməsi ilə bağlı qanun dəyişir.

"Cebheinfo.az"  xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən “Diplomatik xidmət haqqında” layihədə öz əksini tapıb.

Hərbi xidmətdən qayıdan və 60 gün ərzində müraciət edən şəxslərin əvvəlki vəzifəyə və ya analoji vəzifəyə təyin olunması da layihədə yer alıb.

Dəyişikliklərdə diplomatik xidmət stajına daxil ediləcək dövrlərin siyahısı da genişləndirilir. Buraya məcburi işburaxma dövrü, əmək qabiliyyətinin müvəqqəti itirildiyi müddət, ödənişli sosial məzuniyyətlər, beynəlxalq təşkilatlarda fəaliyyət dövrü və dövlət orqanı rəhbərlərinin qulluq illəri daxil edilir.

Qanun layihəsinə əsasən, dəyişikliklərin 2026-cı il yanvarın 1-dən tətbiqi nəzərdə tutulur.

Qanun layihəsi səsə qoyularaq III oxunuşda qəbul edilib.

"Cebheinfo.az"