Azərbaycanda planşetlərdə "İOS"un bazar payı son iki ayda 36 % azalıb

Azərbaycanda planşetlərdə "İOS"un bazar payı son iki ayda 36 % azalıb

Bu ilin may ayında Azərbaycanda mobil cihazlarda "Android" əməliyyat sisteminin bazar payı 78,66 % təşkil edib.

"Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi xəbərə görə, bu, əvvəlki aya nisbətən 4,91 faiz bəndi çoxdur, 2025-ci ilin eyni ayının göstəricisi ilə müqayisədə 7,19 faiz bəndi və ya 8,4 % azdır.

Mobil cihazlarda "İOS" əməliyyat sisteminin bazar payı aylıq 4,82 faiz bəndi azalaraq və illik müqayisədə 7,54 faiz bəndi artaraq 21,28 % olub.

Planşetlərdə "Android"in bazar payı aylıq müqayisədə 7,05 faiz bəndi artaraq və illik müqayisədə 0,40 faiz bəndi azalaraq 81,5 % təşkil edib.

Həmin cihazlarda "İOS"un bazar payı 18,34 % təşkil edib ki, bu da aylıq müqayisədə 7,15 faiz bəndi az, illik isə 0,45 faiz bəndi çoxdur. Beləliklə onun bazar payı son iki ayda 36 % azalıb.

"Cebheinfo.az"