Binəqədi rayonunun bir sıra ərazilərinin qaz təchizatında fasilə yaranacaq
Bu gün Binəqədi rayonunun bir sıra ərazilərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
"Cebheinfo.az" bu barədə "Azəriqaz"a istinadən xəbər verir.
Məlumata görə, təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar 05.06.2026-ci il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun Binəqədi və M. Ə. Rəsulzadə qəsəbələrinin, Mədən ərazisinin, Baksol yolunun, Binəqədi şosesinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
"Cebheinfo.az"


