Xameneyiyə müraciət: “Qitələrarası ballistik raketə icazə ver”

Xameneyiyə müraciət: “Qitələrarası ballistik raketə icazə ver”

İran qanunvericiləri qitələrarası ballistik raketlərin (QBR) hazırlanmasına icazə üçün ali rəhbər Müctəba Xameneyiyə müraciət ediblər.

“Cebheinfo.az” xəbər verir ki, bunu İranın "Əsriran" qəzeti yazıb. Qəzetin məlumatına görə, 85 qanunverici petisiyanı imzalayaraq, Vaşinqtonun Tehranla münaqişənin sülh yolu ilə həlli üçün danışıqlardakı mövqeyinə şübhə ilə yanaşıblar.

İsrailin "The Jerusalem Post" qəzetinin qeyd etdiyi kimi, Müharibə Tədqiqatları İnstitutunun (ISW) analitikləri məktubu ABŞ-yə çata bilən raketlərin hazırlanmasına çağırış kimi şərh ediblər.

İsrailin keçmiş milli təhlükəsizlik müşaviri Yaakov Amidror qəzetə bildirib ki, Vaşinqtonla danışıqlardan irəli gələn istənilən əlverişli iqtisadi şərait Tehranı bu cür inkişaf üçün lazımi resurslarla təmin edə bilər.

Qəzetin məlumatına görə, məktubu, həmçinin ABŞ ilə danışıqlara qarşı çıxan keçmiş İran xarici işlər naziri Mənuçöhr Mottaki də daxil olmaqla bir neçə İran sərt xətti tərəfdarı imzalayıb.

Xəzər
“Cebheinfo.az”