Heydər Əliyev prospektində baş verən avtoqəzanın detalları məlum oldu

Heydər Əliyev prospektində baş verən avtoqəzanın detalları məlum oldu

Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində baş verən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) bildirilib ki, hadisə bu gün saat 15:50-də qeydə alınıb.

"Abasət Həsən oğlu Alhüseynov idarə etdiyi "Toyota Prado" markalı, 90-TU-090 dövlət nömrə nişanlı minik avtomobilində idarəetməni itirib. Nəticədə bordürü aşaraq yolun əks istiqamətinə keçib və hərəkətdə olan Tural Dilqəm oğlu Xudiyevin idarə etdiyi "Chanqan" markalı, 77-SA-117 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Avtomobillərə ciddi ziyan dəyib. Xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilir.

"Cebheinfo.az"