Erkin Qədirli: ""Uşaqpulu"nun verilməsi ilə bağlı təşəbbüs irəli sürməyi məndən gözləməyin”

Erkin Qədirli: ""Uşaqpulu"nun verilməsi ilə bağlı təşəbbüs irəli sürməyi məndən gözləməyin”

""Uşaqpulu"nun verilməsi ilə bağlı təşəbbüs irəli sürməyi məndən gözləməyin".

"Cebheinfo.az" xəbər verir ki, bunu deputat Erkin Qədirli “TV Müsavat”ın efirində deyib.

Onun sözlərinə görə, solyönümlü siyasətçi deyil: 

“İdeoloji baxımdan dövlət hesabına sosial xərclərin artırılmasının tərəfdarı deyiləm. Ən yüksək "uşaqpulu"nu Skandinaviya ölkələri verir, baxın onların demoqrafiyasına, azala-azala gedirlər, yaşlıların sayı artır, doğuş isə azalır. Yəni əlaqə yoxdur ki, "uşaqpulu" artsa, doğuş da artacaq.

Boşanmaların artmasının "uşaqpulu"na nə aidiyyəti var?! Əsas mənzil məsələsədir, gənc ailələr ev ala bilmirlər, kredit faizləri yüksəkdir. Gənclər ona görə də gec ailə qururlar, belə olan halda da reproduktiv funksiyalar zəifləyir, biruşaqlı ailələr çoxalır.

Bir daha qeyd edirəm, sosial siyasəti siyasəti yürüdən sol partiyalardır, hakimiyyətə gələcəklərsə, siyasəti həyata keçirəcəklər. Sağçı partiya gələrsə, deyəcək ki, yox, yanlış siyasətdir, sosial xərcləri kəsirik.

Dövlət üçün işləmək, pul istəmək cansıxıcı bir şeydir, zəmanəti yoxdur, insan özü qazanmalıdır, ailəsini saxlamalıdır. Almaniya, İsveç sosial dövlətlərdir, Azərbaycan isə sosial dövlət deyil axı. Amma bir məsələ var, dövlət insanların sərbəst qazanmaq imkanlarını kəsib, özəl iqtisadiyyat inkişaf etmir, ya da dövlətin nəzarəti altındadır. Onda əlbəttə, vətəndaş mənəvi baxımdan haqlı olaraq, deyəcək ki, qazanmaq imkanı vermirsiniz, o zaman pul verin”.

"Cebheinfo.az"