Xorvatiyada təyyarə qəzaya uğradı - 4 ölü

Xorvatiyada təyyarə qəzaya uğradı - 4 ölü

Xorvatiyanın İstriya yarımadasının cənubunda yerləşən Medulində kiçik bir təyyarənin düşməsi nəticəsində 4 nəfərin həyatını itirdiyi bildirilib.

"Cebheinfo.az" xəbər verir ki, İstriya polisindən edilən yazılı açıqlamada Medulindəki hava limanı yaxınlığında kiçik bir təyyarənin qəzaya uğradığı, hadisə yerinə çoxlu sayda ilk yardım, yanğınsöndürən və təcili tibbi yardım təyyarəsi heyətlərinin cəlb olunduğu qeyd edilib.

Polis qəzada 4 nəfərin həyatını itirdiyini rəsmi olaraq təsdiqləyib. Qəzadan sonra hadisə yerində araşdırma aparılarkən, hadisə ilə bağlı təhqiqat başladıldığı ifadə edilib.

Bildirilir ki, təyyarənin marşrutu barədə məlumat verilib. Qeyd olunur ki, təyyarənin Avstriyadan Xorvatiyaya gəldiyi və qəzanın baş verdiyi Medulindəki hava limanına eniş etməsinin planlaşdırıldığı öyrənilib.

Nigar Hacılı 
"Cebheinfo.az"