Lökbatandakı yanacaqdoldurma məntəqəsində öldü
Bakıda 36 yaşlı şəxs yanacaqdoldurma məntəqəsində qəfil vəfat edib.
"Cebheinfo.az" xəbər verir ki, hadisə iyunun 4-ü saat 02 radələrində Qaradağ rayonu Lökbatan qəsəbəsində baş verib.
1990-cı il təvəllüdlü Yevlax sakini Nəsimi Oruc oğlu Süleymanovun ürək çatışmazlığından öldüyü bildirilib.
Hazırda araşdırma aparılır.
"Cebheinfo.az"


