Qaluzin: "Avropa Rusiya ilə ultimatat dilində danışa bilməz"

Qaluzin: "Avropa Rusiya ilə ultimatat dilində danışa bilməz"

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin jurnalistlərə verdiyi açıqlamada Avropanın Rusiya ilə ultimatum dilində danışmağın qeyri-mümkün olduğunu anlamasının vacibliyini bildirib.

O, Qərbin dialoqa hazır olacağı təqdirdə kimə müraciət edəcəyini bildiyini qeyd edib.

"Cebheinfo.az" xəbər verir ki, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində bu açıqlamanı verən yüksəksəviyyəli rusiyalı diplomat "Avropalılar dialoq axtarırlarsa, kimə müraciət edəcəklərini hər zaman bilirlər. 

Əsas məsələ avropalıların bizə nə ilə gələcəkləridir. Görünür, bəzi Avropa ölkələri danışıqları tamamilə məntiqsiz tələblərin, iddiaların və ultimatumların bir hissəsi kimi görürlər. Belə bir dil Rusiya ilə münasibətdə işə yaramaz", - deyə xəbərdarlıq edib.

Onun fikrincə, ultimatumlar mənalı bir dialoq başlatmağa kömək etməyəcək."Əgər onlar səmimi bir dialoq istəyirlərsə, qoy konkret fikirlər ortaya qoysunlar, biz də bu fikirlərin müzakirəyə dəyər olub-olmadığına baxaq", – deyə Qaluzin vurğulayıb.

Qeyd edək ki, 29-cu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) iyunun 3-dən 6-dək keçirilir. 

Nigar Hacılı 
"Cebheinfo.az"