“Armat Media” redaksiyasında axtarış

“Armat Media” redaksiyasında axtarış

Ermənistanda hüquq-mühafizə orqanlarının əməkdaşları “Armat Media” redaksiyasına daxil olublar.

Əlavə təfərrüatlar hələlik məlum deyil. 

“Cebheinfo.az” xəbər verir ki, bu səhər tezdən Ermənistanda bir sıra həbslər başlayıb.

Hazırda saxlanılanlar arasında RPA-nın sədr müavini və keçmiş təhsil və elm naziri Armen Aşotyan, Bryusov Universitetinin keçmiş rektoru Qayane Qasparyan, prorektor Artur Ayvazyan, Universitetin İdarə Heyətinin sədri Vigen Sarkisyan, keçmiş maliyyə naziri Qaqik Xaçatryan, oğlu Artyom Xaçatryan və onlarla əlaqəli digər şəxs Harutyun Tadevosyan da var. 

Onlar təxminən 200 milyon rubl dəyərində əmlakla bağlı vəzifə səlahiyyətlərindən sui-istifadə və çirkli pulların yuyulmasında ittiham olunurlar.

Ermənistan blokundan parlamentə namizədlərdən biri də rüşvət şübhəsi ilə saxlanılıb.

Korrupsiyaya qarşı Mübarizə Komitəsi həmçinin bildirib ki,  Dövlət Əmlakının İdarə Edilməsi Departamentinin keçmiş rəhbəri və Ermənistan Respublika Partiyasının (RPA) üzvü Arman Saakyan iki ay müddətinə həbs edilib. 

O, seçki rüşvətinin verilməsi və ya alınması ilə bağlı cinayət işi üzrə ittiham olunur. Bu səhər tezdən Ermənistanda bir sıra həbslər başlayıb.

Hazırda aşağıdakı şəxslər həbs olunub: RPA-nın sədr müavini və keçmiş təhsil və elm naziri Armen Aşotyan, Bryusov Universitetinin keçmiş rektoru Qayane Qasparyan, prorektor Artur Ayvazyan, Universitetin İdarə Heyətinin sədri Vigen Sarkisyan, keçmiş maliyyə naziri Qaqik Xaçatryan, oğlu Artyom Xaçatryan və onlarla əlaqəli digər şəxs Harutyun Tadevosyan. Onlar təxminən 200 milyon rubl dəyərində əmlakla bağlı vəzifə səlahiyyətlərindən sui-istifadə və “çirkli pullar”ın yuyulmasında ittiham olunurlar.

Xəzər
“Cebheinfo.az”