Şəhadətnaməsi olmayıb? - Plastik cərrahla bağlı AÇIQLAMA
Plastik cərrah Seymur Məmmədov Səhiyyə Nazirliyinin “Vahid Səhiyyə İnformasiya Sistemi”ndə olan məlumata əsasən “ümumi cərrahiyyə” ixtisası üzrə qüvvədə olan sertifikasiya şəhadətnaməsinə malikdir.
Bu barədə APA-nın sorğusuna cavab olaraq, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.
Bildirilib ki, səlahiyyətindən kənar fəaliyyət ilə məşğul olması faktı ilə əlaqədar 25 dekabr 2025-ci il tarixində Analitik Ekspertiza Mərkəzi tərəfindən Seymur Məmmədov barəsində müvafiq tədbir görülərək, baxılması üçün növbəti İcraata göndərilib.
Qeyd edək ki, sosial şəbəkədə Seymur Məmmədovun əməliyyat prosesi ilə bağlı görüntülər yayılıb. Onun sertifikasiya şəhadətnaməsinin olmadığı halda bir neçə uğursuz əməliyyatdan sonra fəaliyyətini davam etdirməsi iddiası müzakirələrə səbəb olub.
"Cebheinfo.az"


