“Ermənistan de-fakto KTMT-nin fəaliyyətində iştirak etmir”
“Ermənistan de-fakto Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyətində iştirak etmir”.
"Cebheinfo.az" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda bildirib.
“Ermənistan artıq kifayət qədər uzun müddətdir ki, de-fakto KTMT-nin işində iştirak etmir”, - o deyib.
Peskov həmçinin Avrasiya İqtisadi İttifaqının İrəvan üçün daha əhəmiyyətli və sərfəli olduğuna əminliyini ifadə edib.
"Cebheinfo.az"


