Köçəryan: “Azərbaycanla sülh müqaviləsi imzalanacaq”

Köçəryan: “Azərbaycanla sülh müqaviləsi imzalanacaq”

“Azərbaycanla sülh müqaviləsi imzalanacaq və bu müqavilədə sülhə zəmanət verəcək dəyişikliklər ediləcək”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti və baş nazirliyə namizədi Robert Köçəryan seçicilərlə son seçki kampaniyası görüşündə bildirib.

"Əmin olun ki, bu mümkündür və biz buna nail olacağıq. Biz Ermənistanı müasir sənaye ölkəsi, regionda ən sürətlə inkişaf edən, inkişaf etmiş kənd təsərrüfatı və maliyyə sisteminə malik ölkə kimi görürük. Biz yenidən regiona investisiya qoymaq üçün ən cəlbedici ölkəyə çevriləcəyik. Biz olmuşuq və yenə də olacağıq.

Biz öz tariximizlə, Ararat dağı ilı, Mirzoyanla, Erməni Apostol Kilsəsi ilə və ya kimliyimizlə mübarizə aparmayacağıq", - deyə siyasətçi bildirib.

Köçəryan vurğulayıb ki, Ermənistanda heç bir siyasətçinin təhlükəsizlik, idarəetmə və iri bizneslərdə işləmək sahəsində bu cür təcrübəsi yoxdur: 

“Bu, unikal bir təcrübədir və mən bunu, vaxtımı, enerjimi, hər şeyimi ölkəmizin uğuruna həsr etməyə hazıram. Bu təcrübəyə güclü, cəsarətli və ölkəni gələcəyə peşəkarcasına aparmağa hazır bir komanda əlavə edin. Biz ölkənin gələcəyi üçün məsuliyyət daşımağa hazırıq və daşıyacağıq”, - deyə Köçəryan yekunlaşdırıb.

Xəzər
“Cebheinfo.az”