Samvel Karapetyanın partiyası seçkilərdən kənarlaşdırılır

Samvel Karapetyanın partiyası seçkilərdən kənarlaşdırılır

Ermənistanda “Respublika” partiyasının lideri Aram Sarkisyan iyunun 7-də keçiriləcək parlament seçkilərində iştirak edəcək “Güclü Ermənistan” partiyasının qeydiyyatının dayandırılması xahişi ilə Mərkəzi Seçki Komissiyasına müraciət etməyə hazırlaşır və ola bilsin ki, artıq bunu edib. 

“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə “Hraparak” nəşri yazıb. 

“Sarkisyan bir neçə ay əvvəl verdiyi müsahibələrində hakimiyyəti Samvel Karapetyanın təsis etdiyi və rəhbərlik etdiyi, Rusiyanın maraqlarını təmsil edən qüvvənin iştirakına icazə verməməyə çağırırdı. 

Lakin dünən İctimai Televiziyada seçkilərdə iştirak edən qüvvələrin aparıcı simalarının iştirakı ilə keçirilən son debatda Paşinyanın nəsihətlərinə cavab olaraq əvvəlcə Mərkəzi Seçki Komissiyasına müraciət edəcəyinə söz verdi. 

O, sonra peşman olduğunu bildirdi və bunun onun deyil, Milli Təhlükəsizlik Xidmətinin problemi olduğunu dedi. Əslində isə Paşinyanın cib müxalifətinin lideri “ağa” nəsihətinə qulaq asa bilmədi. 

Onun komanda yoldaşı Ani Xaçatryandan şərh almağa çalışsaq da zənglər cavabsız qalıb. Mərkəzi Seçki Komissiyası hələ də zənglərimizə cavab vermir”,-deyə “Hraparak” qeyd edir. 

Xatırladaq ki, “Güclü Ermənistan” blokunun sədri rusiyalı milyarder Samvel Karapetyandır. 

Müşfiq Abdulla 
“Cebheinfo.az