“Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsi 2.2 dəfə artıb”

“Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsi 2.2 dəfə artıb”

“Bu ilin ilk rübündə Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2.2 dəfə artaraq 296 milyon dollara yüksəlib. Göründüyü kimi, ölkələr arasındakı strateji tərəfdaşlıq iqtisadi əlaqələrdə və eləcə də ticarət dövriyyəsində də özünü göstərib”.

"Cebheinfo.az" xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin bu gün keçirilən iclasında bildirib. 

“Bu əməkdaşlıq Azərbaycanda süni intellekt və rəqəmsal texnologiyanın inkişafı üçün yeni imkanlar yaradır. İmzalanan müqavilələr və eləcə də süni intellekt üzrə işçi qrupunun fəaliyyət göstərməsi təsdiq edir ki, ölkəmiz Birləşmiş Ştatlardan bu sahədə daha çox texnologiya və innovasiya transfer edə biləcək. Rəqəmsal iqtisadiyyatın qlobal həcmi ötən il əvvəlki illə müqayisədə 16 trilyon dollardan 24 trilyon dollaradək yüksəlib. Amerika Birləşmiş Ştatları 25 faizlə qlobal rəqəmsal iqtisadiyyatda ən çox paya malik olan dövlətdir.

Bütün bunlar Azərbaycanı regional süni intellekt habına çevrilməsinə imkan verəcək. Davos Forumunun regional 4-cü sənaye inqilabı mərkəzinin qurulduğu ölkəmizdə süni intellektin inkişafı dövlət siyasətində əsas prioritetlərdəndir. Azərbaycanın süni intellekt və rəqəmsallaşmada regional drayver dövlətə çevrilməsi iqtisadiyyatın şaxələndirilməsinə xüsusi təkan verəcək. Bu ekosistemin keyfiyyətcə daha yenilənməsi üçün xüsusi baza formalaşdırır, - deputat qeyd edib.

"Cebheinfo.az"