ABŞ Kubaya qarşı sanksiyaları genişləndirdi

ABŞ Kubaya qarşı sanksiyaları genişləndirdi

ABŞ Maliyyə Nazirliyi Kuba Prezidenti Migel Dias-Kanel, onun həyat yoldaşı və daha üç nəfərə qarşı sanksiyalar tətbiq olunduğunu açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, nazirliyin yaydığı bəyanatda sanksiya siyahısına Kuba Prezidenti Dias-Kanel, onun həyat yoldaşı və ögey oğlu ilə yanaşı, sabiq Kuba Prezidenti Raul Kastronun oğlu Alexandro Kastro Espin və nəvəsi Raul Alexandro Kastro Kalisin də daxil edildiyi bildirilib.

Qeyd olunub ki, sanksiyalar yalnız fərdləri deyil, bəzi qurum və təşkilatları da əhatə edir.Bu çərçivədə Kuba Müdafiə Nazirliyi, xalqlar arasında əlaqələri təşviq edən Xalqlarla Dostluq İnstitutu, adadakı özəl turizm fəaliyyətlərinə nəzarət edən institutun bölməsi olan Amistur Kuba və İnqilabı Müdafiə Komitələri də sanksiya siyahısına əlavə olunub.

ABŞ Maliyyə Nazirliyi sanksiyaya məruz qalan şəxslərin ABŞ-də yerləşən aktivlərinin dondurulduğunu da açıqlayıb. 

Nigar Hacılı 
"Cebheinfo.az"