ÜST 518 milyon dollar dəyərində Ebola ilə mübarizə planını elan edib
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus 518 milyon dollar dəyərində Ebola qızdırması ilə mübarizə üzrə altı aylıq planın işə salındığını elan edib.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, təşəbbüs Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri ilə birgə həyata keçirilir və iyun ayından noyabr ayınadək olan dövrü əhatə edir.
ÜST rəhbərinin sözlərinə görə, yeni plan səhiyyə sahəsində baş vermiş son fövqəladə halların təcrübəsinə əsaslanır:
"Biz sıfırdan başlamırıq. Bu plan əvvəlki xəstəliklərin və səhiyyə sahəsində baş vermiş son fövqəladə halların təcrübəsinə əsaslanır".
O xəstəliyin yayılmasının qarşısını almağın mümkünlüyünə əminliyini ifadə edərək, epidemiya ilə mübarizə üçün siyasi sadiqlik, sabit maliyyələşmə və yerli icmalarla fəal qarşılıqlı əlaqənin zəruri olduğunu vurğulayıb.
"Cebheinfo.az"


