Krasnodarda neft bazası yanır
Ukraynanın pilotsuz uçuş aparatlarının (PUA) Krasnodar diyarına (Rusiya) hücumu nəticəsində Ust-Labinskdə neft bazasının ərazisində yanğın baş verib.
"Report" xəbər verir ki, bu barədə TASS regionun operativ qərargahına istinadən məlumat yayıb.
"Ust-Labinskdə PUA hücumu səbəbindən neft bazasının ərazisində yanğın olub. İlkin qiymətləndirməyə görə, xəsarət alan yoxdur. Yanğının söndürülməsinə 167 nəfər və 54 ədəd texnika, o cümlədən Rusiya Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub", - məlumatda bildirilib.
Yanğın baş verən neft bazasının yaxınlığındakı evlərdən 60 nəfər təxliyə olunub.
"Cebheinfo.az"


