ABŞ səfirliyi təhsilə həsr olunmuş sərgi təşkil edib - FOTOLAR

ABŞ səfirliyi təhsilə həsr olunmuş sərgi təşkil edib - FOTOLAR

ABŞ-nin Azərbaycandakı səfirliyi "EducationUSA Azerbaijan" və "American Councils for International Education" ilə tərəfdaşlıq çərçivəsində "ABŞ-də təhsil" sərgisi təşkil edib.

"Report" xəbər verir ki, tədbirdə ABŞ-nin 45-dən çox universiteti və təhsil təşkilatının nümayəndələri, eləcə də 50-dən çox azərbaycanlı məzun və ABŞ səfirliyi icmasının üzvləri iştirak ediblər.

İştirakçılar Harvard, Yel və Kolumbiya universitetləri, eləcə də Karnegi-Mellon Universiteti və digər ali təhsil müəssisələri də daxil olmaqla ABŞ-nin aparıcı universitetlərində bakalavriat, magistratura və mübadilə proqramları ilə birbaşa tanış olmaq imkanı əldə ediblər.

Açılış mərasimində çıxış edən ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon azərbaycanlı tələbələrin ABŞ-nin ali təhsilinə artan marağını, eləcə də bu ölkədə təhsil almaq üçün akademik imkanların genişlənməsini qeyd edib.

"Cebheinfo.az"