Yaxın Şərqdə gərginlik artır

Yaxın Şərqdə gərginlik artır

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Küveyt və Bəhreyndə yerləşən hərbi obyektlərinə raket zərbələri endirdiyini açıqlayıb. 

“Cebheinfo.az” “Associate Press”-ə istinadən xəbər verir ki, Tehran bu addımın ABŞ-nin son hərbi əməliyyatlarına cavab olaraq həyata keçirildiyini bildirib. 

Küveyt və Bəhreyn hava hücumundan müdafiə sistemlərinin bir sıra raket və pilotsuz uçuş aparatlarını zərərsizləşdirdiyini və vəziyyətin nəzarət altında saxlanıldığını açıqlayıblar. 

Hadisə Yaxın Şərqdə gərginliyin daha da artmasına səbəb olub və beynəlxalq ictimaiyyət tərəfləri eskalasiyadan çəkinməyə çağırır.

 Yunis Abdullayev
“Cebheinfo.az”